Ziya Məmmədov Neftçalada vətəndaşları qəbul edəcək
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə nəqliyyat naziri Ziya Məmmədov oktyabrın 23-də Neftçala şəhərində Salyan, Biləsuvar və Neftçala rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Oxu.Az Nəqliyyat Nazirliyinin məlumatına istinadla xəbər verir ki, vətəndaşların qeydiyyatı oktyabrın 21-i saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq:
- Salyan “20 saylı Yol İstismarı İdarəsi” (Salyan şəhəri, 20 Yanvar küçəsi, 1)
- Biləsuvar “21 saylı Yol İstismarı İdarəsi” (Biləsuvar şəhəri, Vaqif küçəsi, 1)
- Neftçala “39 saylı Yol İstismarı İdarəsi” (Neftçala şəhəri, 33-cü məhəllə)
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli