Ziya Məmmədov Qəbələdə vətəndaşları qəbul edəcək
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə nəqliyyat naziri Ziya Məmmədov avqustun 28-də Qəbələ şəhərində İsmayıllı, Ağsu və Qəbələ rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Oxu.Az Nəqliyyat Nazirliyinin məlumatına istinadla xəbər verir ki, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı 26 avqust 2015-ci il tarixində saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq:
- Qəbələ “8 saylı Yol İstismarı İdarəsi” (Qəbələ şəhəri, 28 May küçəsi, 38)
- İsmayıllı “7 saylı Yol İstismarı İdarəsi” (İsmayıllı şəhəri, Ərəstun Mahmudov küçəsi, 2)
- Ağsu “6 saylı Yol İstismarı İdarəsi” (Ağsu rayonu, Meliorasiya qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, 4)
Mənbə:> Oxu.Az