TAP çərçivəsində Yunanıstana yatırılacaq investisiyanın həcmi açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Dünya

TAP çərçivəsində Yunanıstana yatırılacaq investisiyanın həcmi açıqlandı

TAP çərçivəsində Yunanıstana yatırılacaq investisiyanın həcmi açıqlandı

“Cənub Qaz Dəhlizi layihəsi dünyanın ən iri və ən çətin layihələrindən biridir”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu “SOCAR Energy Greece” (SOCAR-ın Yunanıstandakı törəməsi) şirkətinin rəhbəri Anar Məmmədov bildirib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin əsası olan “Şahdəniz-2” yatağının işlənilməsinin 70%-i artıq yekunlaşıb.

O bildirib ki, uzunluğu 871 kilometr olan Trans-Adriatik qaz boru xətti (TAP) layihəsinin ümumi dəyəri 6,2 milyard avro təşkil edir:

“Bu layihənin icrası zamanı Yunanıstan iqtisadiyyatına 2,3 milyard avro həcmində birbaşa investisiya yatırılacaq. Layihə 8 min iş yerinin açılmasına səbəb olacaq ki, bunun da 2 mini daimidir”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *