Avropa Azərbaycanın layihəsini təsdiqlədi
Avropa Komissiyası TAP-ın (“Trans-Adriatik” qaz kəməri) Avropaya Yunanıstandan keçərək tikintisinə dair sazişi təsdiqlədi.
Oxu.Az RNS-ə istinadən xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Avropa Komissiyası Yunanıstan və qaz kəmərinin Aİ qanunvericiliyinə müvafiq olan idarə şirkətləri arasındakı razılaşmanı təsdiq edib.
Layihənin həyata keçirilməsi Aİ-yə bir Avropa bazarı çərçivəsində rəqabətə xələl gətirmədən enerji resurslarının tədarükünün təhlükəsizliyini və müxtəlifliyini artırmaq imkanı yaradacaq. Komissiyanın fikrinə görə, layihə Aİ tərəfindən dəstək tədbirlərinə ümid edə bilər.
Şirkət layihəyə 5,6 milyard avro yatıracaq.
TAP “Cənubi Qaz Dəhlizi” layihəsinin tərkib hissəsidir. Layihə qazın Xəzər regionundan Avropaya tədarükünü nəzərdə tutur.
Azərbaycanın SOCAR şirkəti TAP-ı “Şahdəniz” yatağından qazı Avropa istehlakçılarına çatdırmaq üçün istifadə etməyi planlaşdırır.
Qaz ilkin olaraq “Trans-Anadolu” boru kəməri ilə (TANAP) Gürcüstan vasitəsilə Türkiyəyə, daha sonra isə TAP vasitəsilə Avropaya - Yunanıstandan, Albaniyadan İtaliyanın cənubuna tədarük ediləcək.
Mənbə:> Oxu.Az