Qraffiti rəssamları və velosipedçilər bu həftəsonu Şahdağda » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Gənclik

Qraffiti rəssamları və velosipedçilər bu həftəsonu Şahdağda – FOTO

Qraffiti rəssamları və velosipedçilər bu həftəsonu Şahdağda


Bu həftə sonunu Şahdağda keçirtmək istəyənlərin istirahəti daha yaddaqalan və maraqlı olacaq. Belə ki, 25 və 26 iyun tarixlərində “Şahdağ” Turizm Mərkəzində bir-birindən fərqli və maraqlı iki əyləncəli tədbir keçiriləcəkdir.

AzNews.info xəbər verir ki, 25 iyun 2016-cı il tarixində mərkəzdə “Velospedçilər günü” təşkil oluncaqdır. Bu, velosiped sürməyi sevənlər üçün dağlıq ərazidə təşkil olunan artıq ikinci belə təcrübədir. İlk dəfə keçən ilin iyul ayında həyata keçirilən və iyirmidən çox velosipedçinin iştirak etdiyi bu tədbir məhz aktiv və sağlam əyləncəyə üstünlük verənlər üçündür.

Qeyd edək ki, “Şahdağ” Turizm Mərkəzində hər səviyyə üçün – yeni başlayanlar, peşəkarlar və ekstrimi sevənlər üçün velo-cığırlar mövcuddur. Sürmə qabiliyyətindən asılı olaraq velosipedçilər başlanğıc nöqtəyə kanat yolları vasitəsilə, ekstrimə üstünlük verən peşəkarlar isə yüksəkliyə xüsusi avtomobillərlə çatdırılacaqdır.

İyunun 26-da isə “Şahdağ” Turizm Mərkəzində “Graffiti festival” adlanan tədbir təşkil olunacaqdır. “Şahdağda qış ekstrim”i mövzusunda rəsm qabiliyyətlərini sərgiləycək “Urban Art”ın üzvü olan 5 qraffiti rəssamı hündürlüyü təxminən dörd metrə bərabər olan beton lövhə üzərində rəngarəng sprey rəngləyicilər vasitəsilə öz məharətlərini göstərəcəklər. İlk dəfə olaraq qraffiti şəhər mühitindən kənara çıxacaq, yaradılan rəsmlər yaşıl dağ yamaclarının fonunda daha əsrarəngiz görünəcəkdir. İştirakçılar rəsmlərin necə çəkilməsini müşahidə etmək, bu haqda istənilən suala cavab almaq və ya sadəcə olaraq prosesdən həzz almaq şansı əldə edəcəklər.
Eyni zamanda bitboks və rep ustalarının musiqi dolu, velosipedçilər və skeytborçuların isə adrenalin dolu performansları izləyicilərə həyəcanlı anlar yaşadacaqdır.

Məlumat üçün bildirək ki, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə olan “Şahdağ” Turizm Mərkəzində yay mövsümü boyunca müxtəlif əyləncəli tədbirlər təşkil olunacaq. Xüsusilə gənclərin zövqünü oxşayacaq bu cür tədbirlər zamanı mərkəzdə təklif olunan kvadrosikl, seqvey, zip-layn, trotinnet, bob kart, peyntbol, dağlarda gəzinti, at sürmə və s. kimi yay əyləncələri, eləcə də yenicə istifadəyə verilmiş ekstrim idman növü olan paraplan - yamac paraşütü qonaqların ixtiyarında olacaqdır.

Qraffiti rəssamları və velosipedçilər bu həftəsonu Şahdağda

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 23 iyun 2016 13:12
  • Yazan: Bemis
Water is a replique montre mortal enemy, but five years ago Swiss entrepreneur Patrick Berdoz saw an astonishing concept he thought was visionary: using liquid to indicate time. There have, of course, been water clocks for thousands of years, but no one had figured out how to create one that was wrist-size. So, along with three partners–including nuclear engineer longines replica, who developed the innovative fluid system–Berdoz launched HYT, a watch brand whose raison d’être is producing hydromechanical replique montres.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *