Azərbaycanın Rusiyadakı turizm nümayəndəliyi tərəfindən təşkil olunan info-tur başa çatıb » AzNews.info -Xəbər portalı

Azərbaycanın Rusiyadakı turizm nümayəndəliyi tərəfindən təşkil olunan info-tur başa çatıb – FOTO

Azərbaycanın Rusiyadakı turizm nümayəndəliyi tərəfindən təşkil olunan info-tur başa çatıb


Moskva şəhərində fəaliyyət göstərən Azərbaycanın Rusiyadakı turizm nümayəndəliyi olan “Tour A Vent” şirkəti tərəfindən 27 fevral – 02 mart 2016-cı il tarixində Azərbaycana təşkil olunan info-tur başa çatmışdır. İnfo-tur çərçivəsində nümayəndə heyəti Bakı şəhəri ilə yanaşı, Şahdağ Turizm Mərkəzinə də səfər etmişdir.

AzNews.info xəbər verir ki, Şahdağda Rusiyanın aparıcı turizm şirkətlərinin rəhbərləri hotellərdə yaradılan şərait, infrastruktur və xidmətlər ilə tanış olmuş, qondola və kanat yollarında istifadə edərək Şahdağ yüksəkliklərindən ətraf mənzərəni seyr etmiş, xizək sürmüşlər.

Həmçinin, səfərin sonunda nümayəndə heyəti Şabran rayonunda yerləşən “Qalaaltı Hotel & Spa” mehmanxanası ilə də tanış olmuşlar.

Məlumat üçün bildiririk ki, Moskva şəhərində Azərbaycanın Rusiyadakı turizm nümayəndəliyinin açılışı 24 fevral 2016-cı il tarixində keçirilmişdir. Bunun nəticəsində 2017-ci ilin fevral ayınadək olan müddət ərzində “Tour A Vent” şirkəti tərəfindən təbliğat-təşviqat işləri həyata keçiriləcəkdir. Nümayəndəlik tərəfindən belə info-tur və press-turların il ərzində bir neçə dəfə həyata keçirilməsi planlaşdırılır.

Azərbaycanın Rusiyadakı turizm nümayəndəliyi tərəfindən təşkil olunan info-tur başa çatıb
Azərbaycanın Rusiyadakı turizm nümayəndəliyi tərəfindən təşkil olunan info-tur başa çatıb

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *