Bakının bir hissəsində su olmayacaq
Bakı şəhəri Nizami rayonunun E.Süleymanov küçəsində su təchizatı sistemlərinin yenidən qurulması işlərinin aparılması ilə əlaqədar bu gün gərzində Qara Qarayev və Babək prospektlərinin, həmçinin E.Süleymanov və İ.Məmmədov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə “Azərsu” ASC-dən Oxu.Az-a bildirilib.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Mənbə:> Oxu.Az


