Bakının bu rayonunda suyun verilməsində məhdudiyyətlər olacaq
Bakı şəhəri Nərimanov rayonu Arif Heydərov küçəsində yeni çəkilmiş magistral su xəttinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar 03 iyun 2016-cı il tarixində gün ərzində Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
Bu barədə Oxu.Az-a “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Mənbə:> Oxu.Az