Azərbaycan səfirliyinin avtomobili qəza törətdi » AzNews.info -Xəbər portalı

Azərbaycan səfirliyinin avtomobili qəza törətdi – FOTO

Azərbaycan səfirliyinin avtomobili qəza törətdi


Azərbaycanın Ukraynadakı səfirliyinin xidməti avtomobili Kiyevdə zəncirvari yol qəzasına düşüb.

Oxu.Az Ukrayna KİV-ə istinadən xəbər verir ki, Naberejno-Kreşatitskaya küçəsində Poçtovaya meydanından Podola rayonu istiqamətində baş verən qəza zamanı dörd maşın toqquşub.

Səfirliyə məxsus “Opel” markalı avtomobil hərəkətdə olarkən arxadan “VAZ” markalı maşına çırpılıb. Zərbənin gücündən “VAZ” yol kənarında park edilmiş daha iki nəqliyyat vasitəsinə dəyib.

Xilasedicilər yerə dağılan yanacağın alovlanmasının qarşısını almaq üçün asfalta su töküblər.

“VAZ”ın sürücüsünə və “Opel”in sərnişinə hadisə yerində ilkin tibbi yardım göstərilib. Onlar xəstəxanaya yerləşdirilməkdən imtina ediblər.

Azərbaycan səfirliyinin avtomobili qəza törətdi
Azərbaycan səfirliyinin avtomobili qəza törətdi

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *