Fernando Alonso Avropa Qran Prisi öncəsi Bakıda gəzintiyə çıxdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, İdman, Avto, Foto

Fernando Alonso Avropa Qran Prisi öncəsi Bakıda gəzintiyə çıxdı – FOTO

Fernando Alonso Avropa Qran Prisi öncəsi Bakıda gəzintiyə çıxdı


İkiqat dünya çempionu azarkeşlərlə görüşdü və Heydər Əliyev Mərkəzində oldu

AzNews.info xəbər verir ki, 2016-cı il Formula 1 Avropa Qran Prisinə cəmi bir neçə günün qaldığı bir vaxtda yarışın rəsmi elçisi Fernando Alonso Azərbaycandakı azarkeşləri ilə görüşmək və bolidlərin mühərrikindən çıxan gürultulu səsin Formula 1-in ən yeni treki boyunca yayılmasından əvvəl ölkə mədəniyyəti ilə tanış olmaq üçün şəhərdə gəzintiyə çıxdı.
Avropa Qran Prisinin rəsmi elçisi Bakı turuna Formula 1 təqviminə ən son əlavə olunmuş şəhər trekinin Start/Finiş xəttindən başladı və şəhər gəzintisinə Azərbaycanın təkrarolunmaz milli xalçaçılıq nümunələrinin toxunulduğu Azər-İlmə Xalçaçılıq Mərkəzinə gəlməklə davam etdi. Azər-İlmə zavodu dünya miqyasındə ən yaxşı, eləcə də məşhur xalçaları müasir texnologiya və qədim texnikanın vəhdəti ilə toxuyaraq Azərbaycanda ənənəvi olan xalça sənətinin bir evinə çevrilib. Xalçaçılıq mərkəzinə səyahət zamanı Azərbaycanda ilk dəfə keçiriləcək Formula 1 yarışının təbliğatı ilə bağlı verdiyi töhfəyə görə Fernando Alonsoya təşəkkür məqsədilə ona xalça hədiyyə olundu.
Formula 1 üzrə ikiqat dünya çempionu daha sonra 16 hektara yaxın ərazisi olan və dünyaca məşhur memar Zaha Hadid tərəfindən ərsəyə gətirilmiş Heydər Əliyev Mərkəzinə baş çəkdi və mərkəzin fərqli, o cümlədən dalğavari memarlıq quruluşunu qeyd edərək heyrətini ifadə etdi. Mərkəz Azərbaycan mədəniyyətini və xalqın gələcəyə olan nikbinliyini əks etdirən mədəni tədbirlərə ev sahibliyi etmək üçün inşa edilib. Burada keçirilən tədbirlər və nümayiş olunan sərgilər müasir Azərbaycanın intellektual həyatında əhəmiyyətli rol oynayır.
Heydər Əliyev Mərkəzinə səyahətdən sonra Fernando Alonso Dalğa Plazada öz azarkeşləri ilə görüşdü. Daha sonra Alonso, ona Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təqdim edilmiş dağ velosipedi ilə Dalğa Plazadan Su İdmanı Sarayınadək olan qısa veloturda iştirak edərək şəhərlə yaxından tanışlığına davam etdi.
Avropa Qran Prisinin rəsmi elçisi Fernando Alonso, şəhərlə və Bakı Şəhər Halqası ilə bir daha tanışlığından sonra trekdə olan mühüm dəyişiklərlə bağlı öz təəssüratını bizimlə bölüşdü: “Yenidən Bakıda olmaq möhtəşəm hisdir. Son səfərimdən bu yana olan dəyişikliklər sadəcə valehedicidir və trek olduqca gözəl görünür. Azər İlmə Xalçaçılıq Mərkəzinə və Heydər Əliyev Mərkəzinə səyahətim məni Azərbaycanın ecazkar mədəniyyətinin zəngin tarixi ilə tanış etdi. Azarkeşlərlə görüşmək və belə gözəl şəhərdə velosipedlə gəzintiyə çıxmaq günümü daha da xoş etdi. İndi isə dar döngələri, küləkli küçələri və sürətin son həddini özündə birləşdirən treki sınamaq üçün həftəsonunu səbirsizliklə gözləyirəm.”


Fernando Alonso Avropa Qran Prisi öncəsi Bakıda gəzintiyə çıxdı
Fernando Alonso Avropa Qran Prisi öncəsi Bakıda gəzintiyə çıxdı
Fernando Alonso Avropa Qran Prisi öncəsi Bakıda gəzintiyə çıxdı
Fernando Alonso Avropa Qran Prisi öncəsi Bakıda gəzintiyə çıxdı

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *