“Son zəng” şənliyində qız üstündə qan töküldü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil, Kriminal

“Son zəng” şənliyində qız üstündə qan töküldü

“Son zəng” şənliyində qız üstündə qan töküldü


Gədəbəydə “Son zəng” şənliyində kütləvi dava baş verib.

AzNews.info Kəpəz TV-yə istinadən (Region TV) xəbər verir ki, rayonunun Çaldaş kəndində məktəbdənkənar ərazidə təşkil olunan “Son Zəng” şənliyində iki nəfər bıçaqlanıb.

Dava zamanı Yaşar və Röyal Nəbiyevlər bədənin müxtəlif nahiyyələrindən bıçaq xəsarətləri alıblar. Yaralılardan biri Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, digəri Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Gəncədə müalicə alan 21 yaşlı Yaşar Nəbiyevin səhhəti orta-ağır qiymətləndirilir. 18 yaşlı Röyal Nəbiyev isə Şəmkir Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə şöbəsində əməliyyat olunub. Onun vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

Gədəbəy Rayon Polis Şöbəsindən verilən məlumata əsasən, şübhəli şəxs qismində 17 yaşlı Sərxan Tağıyev saxlanılıb.

İlkin məlumata görə, həmyerlilər arasında dava qız üstündə baş verib. Dava iştirakçıları mübahisə zamanı sərxoş olublar.

Faktla bağlı cinayət işi başlanıb.

Mənbə: Kəpəz TV
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *