Azərbaycan “Formula-1”-dən imtinaya görə nə qədər cərimə ödəməlidir?
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın “Formula-1” yarışından imtina edəсəyi təqdirdə, ödəməli olduğu cərimənin məbləğini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə nazir ANS telekanalının efirində bildirib:
“Yarışın keçirilməsi haqqında müqavilə 10 il müddətinə imzalanıb. Əgər biz ilk 5 il ərzində “Formula-1”-dən imtina etsək, 100 mln. dollara yaxın cərimə ödəməli olacağıq.
Mənbə:> Oxu.Az