Ermənistana keçən qadınla bağlı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Ermənistana keçən qadınla bağlı – SON MƏLUMAT

Ermənistana keçən qadınla bağlı

İyunun 7-də səhvən Ermənistana keçən Gədəbəy sakini Qətibə Ələkbərova Azərbaycana geri qaytarıldıqdan sonra Qazax Rayonlararası Ruhi Xəstəxanasına yerləşdirilib.

Oxu.Az xəbər verir ki, bu barədə AzVision.az-a xəstəxananın baş həkimi Ramiz Mansurov məlumat verib.

Baş həkim bildirib ki, Qətibə Ələkbərovanın müalicəsi davam etdirilir:

“Xəstə Qətibə Ələkbərova ötən gün xəstəxayana yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir. O, Azərbaycana qaytarıldıqdan sonra vəziyyəti heç də yaxşı deyildi. Ona sakitləşdirici iynələr vuruldu. Hazırda yuxu rejimindədir. Ermənistan tərəfə necə keçib, orada gördükləri barədə heç nə danışmayıb”.

Həkim sözlərinə görə, ruhi xəstə olan Q.Ələkbərovanın bədənində xəsarət izi aşkar edilməyib: “Üzərində zorakılıq əlaməti qeydə alınmayıb. Xəstəxanaya gələndən ona sakitləşdirici iynələr vurulur, bunun təsirindən xəstə günün çox hissəsini yatır. Onun nə vaxt ayılacağını bilmirik. Yuxu prossesi uzun müddət davam edə bilər”.

Qeyd edək ki, 1977-ci il təvəllüdlü Q. Ələkbərova Qazaxda ruhi xəstəxanada müalicə alan ailənin tək övladı olmayıb. Onun bacısı da ruhi xəstəlikdən əziyyət çəkir. Bir qardaşı isə Qazaxda olan xəstəxanada müalicə alarkən dünyasını dəyişib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *