Ermənistana keçən qadının anası danışdı » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Sosial, Hadisə

Ermənistana keçən qadının anası danışdı

Ermənistana keçən qadının anası danışdı


Ermənistana keçən Qətibə Ələkbərovanın anası Kübra Ələkbərova qızının ruhu xəstə olduğunu təsdiqləyib.

AzNews.info azvision.az-a istinadən xəbər verir ki, anasının bildirdiyinə görə, Q.Ələkbərova bundan öncə də bir neçə dəfə itkin düşüb.

"Qızım ruhi xəstədir. Dövlət tərəfindən ona pulsuz dərmanlar verilirdi. Qətibə hər gün dərman atmasa, yaşaya bilməz. Dərmanlar onun əsəblərini sakitləşdirir, yoxsa dəli olar.

Neçə gün idi, Qətibəni axtarırdıq, onun Ermənistana keçməsini qonşulardan eşitdik. Qızım sərhədi necə keçib, hansı yolla gedib, deyə bilmərəm. Qətibə bundan öncə heç kimə xəbər vermədən Bakıya qaçmışdı. Sonuncu dəfə bacısı ilə yatırmış. Birdən gecə saat dörddə oyanıb və həyətə düşüb. Ondan sonra qızımdan xəbər ala bilmədik. Eşitdik ki, Ermənistan tərəfə keçib.

Qızıma görə çox narahatam...Xahiş edirəm, dövlət qurumları qızımın qaytarılması üçün bizə kömək etsinlər", - deyə Kübra Ələkbərova vurğulayıb.

Mənbə: AzVision.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *