Bakıda qədim erməni dilini öyrədəcəklər
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda qədim erməni dili ixtisası üzrə magistratura pilləsi açılıb.
Bu barədə Oxu.Az-a Dilçilik İnstitutunun mətbuat xidmətindən məlumat verilib.
İnstitutdan bildirilib ki, qədim erməni dili ixtisası üzrə magistratura pilləsi Azərbaycan prezidenti İlham Əliyevin 9 aprel 2013-cü il tarixli “Qloballaşma şəraitində Azərbaycan dilinin zamanın tələbinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na əsasən açılıb.
Qeyd olunub ki, ötən il Dilçilik İnstitutunda 3 nəfər latın, sanskrit və yunan dilləri üzrə magistraturaya qəbul olub. Eyni zamanda, bu il qədim iber, qədim erməni və toponimiya ixtisasları üzrə magistr təhsili institutda həyata keçiriləcək.
Mənbə:> Oxu.Az