Xəbər saytlarına xəbərdarlıq
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu ölkədə fəaliyyət göstərən xəbər saytlarında ədəbi dilin işlənmə vəziyyətini araşdırmaq üçün monitorinqlərə başlayıb.
Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmlinin ANS PRESS-ə verdiyi məlumatına görə, monitorinqə 15 xəbər saytı cəlb edilib.
Monitorinqin nəticələrini fevralın sonu - martın I ongünlüyündə açıqlamaq nəzərdə tutulur. Sonrakı mərhələdə monitorinqlər digər təyinatlı saytlar üzərində davam etdiriləcək.
Q.Məhərrəmli bildirib ki, hazırda Bakı şəhərinin Nəsimi, Səbail və Nərimanov rayonlarında küçə reklamları və adları, lövhələr, afişalarla bağlı monitorinqlər aparılır. Artıq Nəsimi rayonunda bu işlər sona çatdırılıb. Növbəti monitorinqlər Quba rayonunda aparılacaq.
Mənbə:> ANSPRESS