Azərbaycan komandası “Türk Hava Yolları” dünya boulinq çempionatında birinci oldu – FOTO
Respublika günündə Azərbaycan komandası “Türk Hava Yolları” dünya boulinq çempionatında birinci olub.
Oxu.Az xəbər verir ki, bu il sayca beşincisi dəfə təşkil olunan “Türk Hava Yolları”nın səyahət agentlikləri arasındakı Boulinq üzrə dünya çempionatı 28 May tarixində İstanbulda keçirilib.
Qaydalara əsasən, hər ölkənin ən güclü komandası İstanbulda ölkəsini təmsil etmək haqq qazanırdı ki, mart ayında Bakıda təşkil olunan yarışmada Azərbaycanın ən güclüsü “GM Travel” səyahət agentliyinin komandası olub.
Ümumilikdə 37 fərqli ölkənin ən güclülərinin iştirakı ilə keçirilən çempionatın qalibi isə Azərbaycanı təmsil edən “GM Travel” olub.
Orxan Səlimov, Əli Əliyev və Elvin Şirinbəylidən ibarət komandamız yarımfinal və final mərhələlərinin ümümi nəticəsinə əsasən qalib olublar.
Belə bir uğurun 28 May - Respublika gününə təsadüf etməsi isə bizləri daha da qürurlandırdı.
Fərqli ölkələrin səyahət agentliklərini bir araya gətirərək həm birlikdə yarışmalarını, həm də iş imkanlarını müzakirə etmələrini təmin edən çempionatın önümüzdəki illərdə də davam etdirilməsi nəzərdə tutulur.
Mənbə:> Oxu.Az