İlham Əliyevin mükafatlandırdığı erməni boksçu Bakıya gəlməkdən qorxdu – VİDEO
Ukrayna yığmasının boksçusu Qevorq Manukyan Bakıda iyunun 16-dan 25-nə qədər keçiriləcək lisenziyalı olimpiya turnirində iştirak etməyəcəyini bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə boksçu Xsport-a verdiyi müsahibəsində bildirib.
“Bakıda keçirilən lisenziyalı turnirə gəldikdə, mən ora getmirəm. Erməni əsilliyəm, Azərbaycan isə hazırda Ermənistan ilə müharibə aparır, ona görə də Azərbaycana getməyim alınmır”, - deyə boksçu bəyan edib.
Xatırladaq ki, Manukyan Bakıda keçirilən Avropa oyunlarında 91 kq-a qədər çəki kateqoriyasında gümüş medal qazanmışdı.
Ona və digərlərinə medalı Azərbaycan prezidenti İlham Əliyev təqdim etmişdi. Mərasim zamanı azarkeşlər Manukyanı fitə basıblar, amma dövlət başçısı jest ilə tribunadan Ukrayna təmsilçisinə daha xoş davranmağı xahiş etmiş və bu jestdən sonra zalda alqış səslənmişdi.
Prezident əl işarəsi ilə publikaya anlayış üçün təşəkkürünü bildirmişdi.
Mənbə:> Oxu.Az