Cəlilabadda faciə: Telefonla danışarkən ildırım vurdu
Cəlilabadda bədbəxt hadisə baş verib.
AzNews.info-nun APA-ya istinadən məlumatına görə, rayonun Cəfərxanlı kənd sakini, 33 yaşlı Zahid Ədalət oğlu Əhmədov ötən gün axşam saatlarında əkin sahəsində mobil telefonla danışarkən onu ildırım vurub.
Hadisə yerindəcə dünyasını dəyişmiş mərhum bu gün dəfn olunub. Z.Əhmədov 3 uşaq atası olub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> APA