Masallıda film kimi oğurluq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Masallıda film kimi oğurluq

Masallıda film kimi oğurluq


Masallıda ssenari üzrə qurulmuş film kimi oğurluq olub.

AzNews.info-nun ANS PRESS-ə istinadən məlumatına görə, evindən oğurluq edildiyini iddia edən şəxs ifşa olunub.

Hadisə bu il mayın 15-da baş verib. Masallı şəhəri, Qarabağ küçəsində yaşayan 46 yaşlı Qismət Hüseyn oğlu Şükürov mayın 16-da Masallı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək mənzilindən 40 min manat dəyərində 54 adda qızıl-zinət əşyalarının və 5 min manat pulun oğurlandığını bildirib.

Polisin apardığı əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluğun ev sahibinin köməyi ilə həyata keçirildiyi müəyyənləşib. Belə ki, insidentlə bağlı şübhəli şəxs qismində ev sahibinin dostu 48 yaşlı Əli Baratxan oğlu Şahbazov saxlanılıb. İstintaqın gedişində hər iki şəxsin əlbir olaraq bu hadisəni törətdikləri, Qismət Şükürovun mənzilinin açarını Əliyə özünün verdiyi təsdiqini tapıb.

İstintaq zamanı məlum olub ki, Qismət Şükürov qardaşının ona etibar etdiyi qoyunları sataraq pulunu xərcləyib. Daha sonra qardaşının Rusiyadan gələcəyini eşidən Q.Şükürov qardaşının qoyunları satmasından xəbər tutmaması üçün planlı oğurluq ssenarisi qurub.

O, mayın 15-də ailəsi ilə birgə toya gedəcəyini bildiyi üçün Əliyə mənzilin açarını verərək evə girməsini və yataq otağında seyfdə qızılları və 5 min manat pul götürməsini deyib. Qismət dostunun oğurluq etdikdən sonra pəncərəni sındırmağı və evdə bəzi əşyaları dağıtmasını da deməyi unutmayıb. Bununla o, guya oğrunun pəncərəni sındıraraq içəriyə daxil olduğunu və evi alt-üst etdikdən sonra oğurluq etdiyini polisə bildirəcəkmiş.

Evdən oğurlanan qızıllar isə Qismətə Rusiyaya gedən qohumları tərəfindən saxlanılmaq üçün verilibmiş. Qızılları götürən Əli onu gizlətmək üçün öz dostu Rafiq Hüseynova, o isə kənd sakini Dövlət Kiçikbəyova verib. Üç gündən sonra qızıllar Qismətə veriləndə Qismət qızılların sayının az olduğunu və dostlarına qızılları gətirmələrini söyləyib. Bu dəfə qəzəblənən dostlar arasında mübahisə düşüb.

Hər şey də elə bu mübahisədən sonra başlayıb. Sən demə, Qismət Əlidən geri götürdüyü qızıllardan bir neçəsini sataraq həmin pula qardaşının qoyunlarını alıb geri qoymaq istəyib. Əvəzində isə dostlarına şər ataraq qızılları onların götürdüyünü bildirib.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. Daha sonra məsələ rayon prokurorluğuna veriləcək. Qismət Şükürova 196-cı maddə ilə cinayət işi açılacaq, oğurluq təsdiqini taparsa, ona 8 ilədək iş veriləcək.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *