Xızı rayonunda avtobusun aşması nəticəsində ölənlərin sayı üçə çatıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal, Avto

Xızı rayonunda avtobusun aşması nəticəsində ölənlərin sayı üçə çatıb

Xızı rayonunda avtobusun aşması nəticəsində ölənlərin sayı üçə çatıb


Yaralılardan 15 nəfəri təcili tibbi yardın maşınları ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıb.

AzərTAc xəbər verir ki, rayonun Xələfli kəndində baş verən yol qəzasında yaralananlardan daha biri Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında dünyasını dəyişib. Həmin şəxs Sumqayıt Dövlət Texniki Kollecin müəllimi Sərxan Abdullayevdir.
Hadisə yerində ölənlər isə həmin kollecinin müəllimi Hacıyev Kamil İslam oğlu və təhsil müəssisəsinin yeməkxanasında çalışan Dilarə adlı xanımdır.
İlkin məlumata görə, Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaşlarını Xızıdakı istirahət məkanlarından birindən gətirən 50-CX-181 dövlət nömrə nişanlı “Hyundai” markalı avtobusun yoldan çıxaraq aşması nəticəsində yaralananların sayı 21 nəfərdir.
Yaralılardan 15 nəfəri təcili tibbi yardın maşınları ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıb. Tibb müəssisəsində yerləşdrilənlər Nigar Kazımlı, İndira Mollayeva, Ziba Rəhimova, Lalə Rəhmanova, Qafar Abdullayev, Çaylar Mikayılov, Rasim Rzayev, Leyla Fərhadova, İsmayıl Feyzullayev, Əsəd Qurbanov, Nizami Abdullayev, İradə Əliyeva, Fərqanə Fərzəliyeva, Hədiyyə Əliyev və Vüsalə Ağabəylidir.
Digər yaralılar isə Xızı Rayon Mərkəzi Xəstəxanasına, eləcə də Sumqayıt və Bakıda yerləşən tibb müəssisələrinə yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *