Azərbaycanda dəhşətli qəza: tələbələr həlak oldu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Azərbaycanda dəhşətli qəza: tələbələr həlak oldu

Azərbaycanda dəhşətli qəza: tələbələr həlak oldu


Xızı rayonu ərazisnidə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

ANS-in məlumatına görə, rayonun Yarımca kəndindən gələn mikroavtobus Qızıl Qazma kəndində dərəyə yuvarlanıb. Hadisə nəticəsində iki nəfər dünyasını dəyişib.

Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Azər Əlizadənin verdiyi məlumata görə, həlak olanlar Sumqayıtdan Xızıya istirahətə gəlmiş kollec tələbələri olub.

Hazırda Xızı, Sumqayıt və Siyəzən rayonlarının təcili yardım avtombilləri hadisə yerinə yönəldilib. Xilasetmə işləri aparılır.

Xızının Xələfli kəndində baş verən yol qəzası nəticəsində xəsarət alanların sayı 21-ə çatıb.

APA-nın xəbərinə görə, xəsarət alanların xəstəxanalara aparılması üçün Xızı, Siyəzən və Sumqayıtdan təcili-tibbi yardım briqadalar cəlb olunub. İçərisində tələbələr olan “Hyundai” markalı avtobus yoldan çıxaraq dərəyə aşıb. Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mənbə: ANSPRESS / APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *