Rövşən Lənkəranski və Bakıdan başlayan göyərti müharibəsi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Rövşən Lənkəranski və Bakıdan başlayan göyərti müharibəsi

Rövşən Lənkəranski və Bakıdan başlayan göyərti müharibəsi

Təzə göyərti sağlamlıq üçün faydalıdır. Göy soğan, şüyüd, kişniş və digərlərində olan vitaminlər və mikroelementlər orqanizm üçün əvəzsiz rol oynayır. Lakin göyərtinin insan sağlamlığına faydalı olması heç də hamı üçün keçərli deyil. Xüsusən də Moskvada məşhur azərbaycanlı “vor zakon” Rövşən Canıyevin (“Rövşən Lənkəranski”) bazarına girib onun nəzarətindən kənarda göyərti satmağa çalışanlar üçün. Belələri hətta göyərtiyə görə öz həyatlarını d riskə atmış olurlar.

Virtualaz.org xəbər verir ki, Rusiyanın MİR-24 telekanalı Bakıdan başlayan və Moskvanın topdansatış bazarlarına gedib çıxan göyərti biznesindən əldə edilən böyük gəlirlər uğrunda kriminal avtoritetlərin silaha əl atmağa hazır olduqlarından bəhs edir. Məsələn, bu yaxınlarda azərbaycanlı kriminal avtoritet, Moskvanın “göyərti kralı” kimi tanınan Cambulat Şamiloğlunu evinin qarşısında güllələdilər. Əsas versiya göyərti biznesinə nəzarət uğrunda kriminal müharibədir.

Bakının Maştağa qəsəbəsində il boyu göyərti becərən fermer Fazil Ələkbərova Moskvadakı bu kriminal müharibənin birbaşa dəxli yoxdur. O, deyir ki, fermer təsərrüfatında 18 nəfər işləyir, becərilən göyərtinin bir hissəsi yerli bazarlarda satılır. Qalanını da topdansatıcılar alıb aparır. Yük qatarı, yaxud təyyarə ilə Moskvaya.

Rövşən Lənkəranski və Bakıdan başlayan göyərti müharibəsi


Oradan isə göyərti bazarlara və piştaxtalara paylanır. Moskva bazarlarında əsasən Azərbaycan və Özbəkistandan daşınan göyərtilər satılır. Lakin son illər yerli istehsal da artıb. Moskva ətrafında Özbəkistan sakini Şahrinin açdığı təsərrüfat da göyərti becərir. Sahibkar deyir ki, bütün xərclərini çıxandan sonra göyərtidən 30 faiz gəlir götürür. Lakin müəssisənin direktoru Anton Semyonov deyir ki, göyərti bazarında sərt rəqabət var, özü də rəqiblər heç də həmişə təmiz oynamırlar.

Göyərti bazarındakı böyük gəlirlər kriminalı da bu sahəyə cəlb edib. “Banditskiy Peterburq” oçerklər seriyasının müəllifi, yazıçı Andrey Konstantinov deyir ki, azərbaycanlılar göyərti bazarında həmişə aparıcı rola malik olub. “Ancaq onların müdafiəçiləri yox idi, himayəsiz qalmışdılar. Başqaları krışalıq edirdi, şərtlər isə ağır olurdu. Ancaq iqtisadiyyat öz işini görür. Tezliklə azərbaycanlıların doğrudan da nüfuzlu “vor zakon”ları meydana çıxdı. Rövşən Canıyev kimi”-Rusiyanın kriminal aləmini araşdıran yazıçı deyir.

Andrey Konstantinov bildirir ki, Rövşən Lənkəranski problemi sadə yolla həll etdi: təhdid altında bütün göyərti təchizatçılarını öz nəzarətində olan anbarlara istiqamətləndirdi. Onların arasında “Biryulevski” topdansatış bazarı da var idi. Lakin təxminən iki il yarım əvvəl bazarı bağladılar. Bu kimi topdansatış bazarlarının yerini nəhəng “Food City” aqroklasteri tutdu.

Rövşən Lənkəranski və Bakıdan başlayan göyərti müharibəsi


Canıyev isə biznesi qorumaq üçün yeni ticarət meydançaları açmağa başladı, ancaq mövqelərini saxlamaqda getdikcə çətinlik çəkirdi. Xüsusən də ona qarşı bir sıra nüfuzlu azərbaycanlı kriminal avtoritetlər çıxır. Həmin Canbulat Şamiloğlu kimi. O, yezidi kürdlərin qruplaşmasına keçən və hazırda “Şakro Molodoy”un qvardiyasında olan “Vaqif Bakinski”nin qanadı altında işləyirdi. Hansı ki, Ded Xasan və indi onun yerini tutan “Şakro Molodoy” Rövşən Lənkəranskini hakimiyyətə və xüsusi xidmətlər, o cümlədən xarici xüsusi xidmətlərə işləməkdə ittiham ediblər.

Lənkəranskinin hazırda Türkiyədə olduğu təxmin edilir. Buna baxmayaraq Moskvanın göyərti bazarına yadların girməsi mümkün deyil. Moskva ətrafında göyərti becərən Stanislav Çaşin deyir ki, ötən il bütün sahəyə göyərti əkmişdi. “Bu il isə heç nə əkmədim. Çünki satmağa bazar yoxdur. Bazar kənar şəxslər üçün bağlıdır, parakəndə satış piştaxtaları çox bahadır. Topdan satmaq isə mümkün deyil, heç kim almaq istəmir”-fermer deyir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *