Azərbaycanlı “göyərti kralı” “qanuni oğruların” nişangahında – VİDEO
Biznesmen Cambulat Şamiloğlunun ölümünə səbəb Moskvada “qanuni oğruların” münaqişəsi olub.
Oxu.Az Rosbalta istinadən xəbər verir.
“Demək olar ki, paytaxt piştaxtalarında satılan hər soğan, şüyüd, cəfəri və s. dəstəsi Cambulatovun əlindən keçirdi”, - “Rosbalt”ın Rusiya hüquq-mühafizə orqanlarında olan mənbəsi bildirib.
Faktiki olaraq o, “göyərti kralı” idi və demək olar ki, topdan satışdan pərakəndə satışa qədər bütün axına nəzarət edirdi.
Agentliyin həmsöhbətinin sözlərinə görə, C.Şamiloğlu son zamanlar topdan göyərti satış bazarı uğrunda hazırda “qanuni oğru” Rövşən Cəniyev ilə mübarizə aparan “qanuni oğru” Vaqif Süleymanov ilə əlaqədar idi.
Bu müharibənin qurbanı isə C.Şamiloğlu oldu.
Mənbə:> Oxu.Az