Norveçli idmançı Azərbaycan vətəndaşlığını qəbul etmək istəyir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Dünya

Norveçli idmançı Azərbaycan vətəndaşlığını qəbul etmək istəyir

Norveçli idmançı Azərbaycan vətəndaşlığını qəbul etmək istəyir

20 yaşlı norveçli idmançı, güləşçi Siqne Fidye Store Azərbaycan vətəndaşlığını qəbul etmək istəyi bütün ölkəyə səs salıb.

Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, Rio-de-Janeyro Olimpiya oyunlarında iştirak etmək hüququ qazanan idmançının bu bəyanatı verməyə vadar edən səbəb Norveç Güləş Federasiyası ilə yaranan münaqişə olub.

Siqne Mari federasiyanın qadın güləşinə yetərincə diqqət ayırmadığını hesab edir.

“Federasiya qızları yarışlara yollamır. Bundan başqa, federasiyaya üzv olmamız üçün bizdən 30 min kron istəyirlər. Əgər bu münasibət davam edərsə, mən vətəndaşlığımı dəyişib, qadın güləşinə diqqət ayrılan ölkə üçün çıxış edəcəm. Belə ölkə Azərbaycandır. Mən Norveç vətəndaşlığından imtina edəcəm və Azərbaycan vətəndaşlığını qəbul edəcəm , - idmançı deyib.

Əgər norveçli idmançı dediyini həyata keçirsə, Olimpiadadan sonra Azərbaycanın bayrağı altında çıxış edə bilər. Doğrudur, bunun üçün ən əsası skandinaviyalı idmançını milli komandanın tərkibinə cəlb etməyə dair Azərbaycan Güləş Federasiyasının istəyi olmalıdır.

Siqne Mari Olimpiadada 69 kq qədər çəki kateqoriyasında çıxış edəcək. O, qadın güləşi üzrə Olimpiya yarışlarında çıxış etmək hüququ qazanan ilk qadın Norveç idmançısıdır.
İdmançı özünü Olimpiya medalına namizəd sayır. Mütəxəssislər də Fidye Storenin Rioda uğur qazanmaq qabiliyyətinə malik olduğunu bəyan ediblər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *