Sürücülərin nəzərinə: YENİ TƏLƏB – VİDEO
İctimai nəqliyyatda sürücü üzündən baş verən ağır qəzaların qarşısını almaq məqsədi ilə müəyyən tədbirlərə start verilib. Bundan sonra sərnişin avtobusu sürmək istəyənlər, işə qəbul olunarkən imtahandan keçəcəklər. Yüksək bal toplaya bilməyən sürücülər avtobus idarə etmək qadağan olunacaq.
Sükanı sağa, sola döndərir. Dayanacaqda isə sərnişinlərə bunu elan edib dayanır.
AzNews.info xəbər verir ki, görüntülər Bakı Nəqliyyat Agentliyinin ''sürücü təlim'' mərkəzindəki imtahandandır. Avtobus sürücüləri üzündən baş verən ağır qəzaları aradan qaldırmaq və sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyini şəhərdaxili avtobuslarda işləyən bütün sürücüləri imtahana cəlb edəcək. Qurumun mətbuat katibi Nuridə Allahyarovanın sözlərinə görə bununla bağlı marşrut sahiblərinə məlumat verilib. Təlimdən üzü ağ çıxmayan sürücülər xəttdən kənarlaşdırılacaqlar.
İmtahana ilkin olaraq ''Baku-Bus''ın sürücüləri imtahana cəlb edilib. Təlim mərkəzində Türkiyə istehsalı olan bu simulyator vasitəsi ilə sürücü və ya sürücülüyə namizədlərin bacarıqlarını iki mütəxəssis izləyir. Yeni texnologiya ekstremal vəziyyətlərdə avtobusun təhlükəsiz idarə edilməsi imkanlarını da qiymətləndirir, sürücülərin yol hərəkəti qaydalarına uyğun idarəetmə və digər təhlükəsizlik qaydaları ilə bağlı bacarıqlarını hesablayır.
Qeyd edim ki, hər bir sürücüyə şərti olaraq 100 bal təqdim edilir. Onlar qaydaları pozduqda təbii ki, ballarından kəsilir. Məsələn təhlükəsizlik kəmərindən istifadə etmədikdə 3 bal, dayanacaqdan kənar saxlamaya görə 3, qırmızı işıqda keçərsə 5 və qəza törədərsə 10 balları silinir. Bu testdən keçmək üçün isə sürücülər minumun 70 bal toplamalıdır. Təxminən 20-25 dəqiqə avtobus idarə etdikdən sonra simulyatorun qeydə aldığı xətaları Ədalət Yusifova göstərildi
Mənbə:> XəzərXəbər