İntizamsız avtobus sürücüləri ilə bağlı vətəndaşlara müraciət edildi
Nəqliyyat Nazirliyi “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC vətəndaşlara müraciət edib.
Oxu.Az xəbər verir ki, müraciətdə qeyd olunur ki, sərnişin nəqliyyatının işinə mane olan amillərə: avtobus dayanacağında digər nəqliyyat vasitələrinin dayanmasına, avtobusların dayanacaqdan kənar saxlanmasına, avtobuslarda və dayanacaqlarda təmizliyə riayət edilməməsinə və bu kimi digər neqativ faktorlara biganə qalmayaraq, vətəndaşlardan belə hallarla rastlaşdıqda, dərhal “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC-nin 24 saat fəaliyyət göstərən qaynar xətti olan (012) 561-76-28 (012) 561-76-29 nömrələrinə, ən yaxın dayanacaqdakı dispetçerə müraciət etmələri xahiş olunur.
Mənbə:> Oxu.Az