Dağıstanda zəlzələ baş verib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Dağıstanda zəlzələ baş verib

Dağıstanda zəlzələ baş verib


4,9 bal gücündə zəlzələ Dağıstan və Çeçenistan sərhəddində baş verib. ANS PRESS-in rus mətbuatına istinadən verdiyi məlumata görə təkanlar paytaxt Mahaçqala və qonşu şəhərlərdə hiss olunub.


Rusiya Fövqəladə Hallar nazirliyinin Dağıstan bölməsindən bildirilən məlumata əsasən zəlzələ qonşu ölkələrin Botlix və Veden rayonları ərazisində baş verib. Zəlzələnin episentri yer səthindən 61 kilometr dərinlikdə olub. Təbii fəlkakət nəticəsində təlafat yaxud dağıntı faktları qeydə alınmayıb.
Sonuncu dəfə Dağıstan ərazisində güclü zəlzələ (9 bal) 1970-ci ilin may ayında baş vermişdi.
Bir müddət öncə türkiyəli zəlzələ tədqiqatçısı Əhməd Yaqut 2016-cı ilin güclü zəlzələlər ili olacağını demişdi.

"Özəlliklə son 2 ayda dünyada yaşanan coğrafi hadisələr (elektromaqnit sahədə dəyişiklik, qırılma hərəkətləri və s.) bu zəlzələnin xəbərçisidir. 22 may 1960-cı ildə bütün zamanların ən güclü zəlzələsi Çilidə baş verib. 9.5 bal gücündə olan zəlzələ zamanı ərazidə məskunlaşma az olduğu üçün 3 min insan ölmüşdü. Sakit Okean Tavasının hərəkəti 8.8-9.2 gücündə fəlakətə səbəb ola bilər", - deyən tədqiqatçı bu barədə rəsmi "Twitter" səhifəsində yazıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *