Nazir Qarayev İspaniyada – FOTO
2016-cı ilin 09-11 may tarixində İspaniyanın Malaqa şəhərində keçirilən Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (BMÜTT) İcraiyyə Şurasının 103-cü sessiyasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
AzNews.info xəbər verir ki, sessiyanın gündəmində 2015 və 2016-cı illərdə beynəlxalq turizm, qlobal səviyyədə turizmin rolunun gücləndirilməsi, prioritetlər və idarəetmə baxışları, turizmin davamlı inkişafı, eləcə də BMÜTT-nin 2015 və 2016-cı illər üzrə maliyyə hesabatları, maliyyə auditi bəyannaməsi və üzvlük statusu kimi məsələlər yer almışdır.
İclasda nazir Əbülfəs Qarayev çıxış edərək əvvəlcə İspaniya Hökümətinə və Ümumdünya Turizm Təşkilatına Bakıda keçirilmiş BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna göstərdikləri dəstəyə görə təşəkkür etdi. Nazir çıxışında Ümumdünya Turizm Təşkilatı Beyin Mərkəzlərinin rəhbərlərinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edildiyini və həmin görüşdə turizm sahəsi ilə bağlı aparılan müzakirədən sitatlar gətirərək, İcraiyyə Şurasının turizmin həm sülhün və dialoqun qurulmasında, həm də iqtisadiyyatın inkişafında, yeni iş yerlərinin açılmasında, BMT-nin Davamlı İnkişaf gündəliyində rolu barədə dünya liderlərinə müraciət edilməsinin vacib olduğunu qeyd etdi.
Mənbə:> AzNews.info