100 yaşlı qadın qaçış üzrə dünya rekordu vurdu – FOTO
100 yaşlı qadın İda Killinq qaçış üzrə dünya rekordu vurub. ANS PRESS-in məlumatına görə, amerikalı qadın 80 yaşdan yuxarı həmcinsləri arasında çempion olub. O, 100 metr məsafəni 1 dəqiqə 17 saniyə ərzində qət edib. İda Killinqin 101 yaşı tamam olur.
"Əgər sizin arzunuz varsa, deməli, onun hansısa bir yolu da var".
Yaşlı qadın 67 yaşından məşq etməyə başlayıb. O, heç vaxt özünü zəif hiss etmədiyi deyib. “Əgər sizin arzunuz varsa, deməli, onun çin olmasının hansısa bir yolu var. Şəxsən mən heç vaxt zəif olmaq istəmirəm” - deyə Killinq qaçışdan sonra bildirib.
100 yaşlı qadın qaçış üzrə çempion oldu
İdmançı qadın evdə məşq edir. Onun sözlərinə görə, qızlarının nəzarəti altında xüsusi döşəklərin üzərində məşq edir. 100 yaşlı qadın qaçış idman növünə iki oğlunun öldürülməsindən sonra başlayıb. Bu qadın dünyanın yeganə yaşlı rekordsmeni deyil. İ.Killinqdən başqa yaponiyalı 100 yaşlı Mieko Naqaoka 1500 metr məsafəni üzərək qət etdiyinə görə dünya rekordsmeni hesab olunur.
Mənbə:> ANSPRESS