52 yaşlı qadın insanları əjdaha sifətində görürmüş
AzadXeber.az-ın “Haber7”-yə istinadən verdiyi məlumata görə, Niderlandda bir qadının üzləşdiyi xəstəlik onun demək olar ki bütün həyatını məhv edib. Nadir xəstəlik səbəbindən qadın 52 il ətrafındakı insanları əjdaha sifətində görüb.
Həkimlər xəstəliyin çox nadir olduğunu və qarabasmaların insanı dəli olmaq halına gətirdiyini bildiriblər.
Xəstəlikdən əziyyət çəkən 52 yaşlı qadın canlı insanları əjdaha sifətində gördüyünü, eləcə də bu halın divarlara, kompüterin ekranına baxarkən təkrarlandığını bildirib.
2011-ci ildən qadın ruhi xəstəxanada müalicə aldığını və səhhətində müsbət irəliləyişlərin olduğunu açıqlayıb.
Mənbə:> AzadXeber.az