Rusiyada azərbaycanlı əsgəri niyə öldürdülər? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Rusiyada azərbaycanlı əsgəri niyə öldürdülər? - TƏFƏRRÜAT

Rusiyada azərbaycanlı əsgəri niyə öldürdülər?

Jurnalist Olqa Katkovanın Rusiya Müdafiə Nazirliyinin hücum-desant diviziyasının 76-cı Pskov qvardiyasının, 104-cü alayının azərbaycanlı desantının qətli ilə bağlı məqaləsini təqdim edirik.

“Bu barədə ilk informasiyaya dekabrın 2-də “Başi novosti” internet qəzetinin saytında “PskovXəbər Agentliyi”nə istinadən verdiyi məlumatda rast gəlmişdim”.

Məqalədə deyilirdi ki, Novqorod vilayətindən xidmətə çağırılmış hərbçi noyabrın 27-də 76-cı Pskov hücum-desant diviziyasında münaqişə zamanı qətlə yetirilib. Məlumatda həmçinin bildirilib ki, münaqişə milli zəmində baş verib. Həlak olan oğlan azərbaycanlı olub. O, Kostroma vilayətindən olan çağırışçı tərəfindən qətlə yetirilib.

Səhərisi gün tanışımdan öyrəndim ki, həlak olanın adı Sadiq Mirzəyevdir. Əsgəri xidmətə qədər mənim tanışımın oğlu ilə NovDU-nun iqtisadiyyat bölməsində birinci kursda təhsil alırmış.

Dekabrın 8-də baş verənlərə şərh verilməsi üçün hərbi istintaq idarəsinə zəng etdim.

“Pskovdan hadisə barədə bizə məlumat gəlməyib. Bizim xəbərimiz yoxdur”, - naqilin o biri başında kişi səsi sərt cavab verdi.

O zaman mən Pskov üzrə Rusiya Federasiyası hərbi istintaq komitəsinin rəhbəri Vitali Mironovun nömrəsini yığdım. O, yuxarıdan gələn əmrə istinad edərək şərh verməkdən boyun qaçırdı.

Sosial şəbəkələrin birində Sadiq Mirzəyevin şəxsi səhifəsini tapdım. O səhifə vasitəsilə Sadiqin dost və tanışlarına çıxdım. İsmarış yazaraq mənimlə əlaqə qurmalarını xahiş etdim. İlk olaraq dekabrın 8-də Sadiqin dostu Mirzə Abbasov cavab verdi. O, dedi ki, Sadiqin cəmi 19 yaşı olub.

“Mən Sadiqi uşaq yaşlarından tanıyıram. O, sakit, mülayim biri idi. Məktəbi bitirdikdən sonra iqtisadiyyat institutuna daxil oldu. 2014-cü ilin iyun ayında öz istəyi ilə Pskov diviziyasının hava-desant qoşunlarına düşdü. Sakit xidmət edirdi. Düzdü, deyirdi ki, hərc-mərclik var”, - Mirzə mənə yazırdı.

Dekabrın 8-də İqtisad İnstitutuna zəng edib Sadiqin müəllimlərindən biri ilə danışdım. O, anlatdı ki, oğlan cəmi yarım il oxuyub. Onu “zəif” tələbə hesab edirdilər. Riyaziyyat üzrə imtahanı vermədən akademik məzuniyyət götürüb əsgəri xidmətə yollanıb.

Sadiqin dostları mənə onun valideynlərinin nömrəsini verdilər. Dekabrın 8-də Sadiqin atası Rüstəm ilə zəngləşdim.

“Sonuncu dəfə oğlum ilə noyabrın 27-si gecə yarısından iki saat öncə danışmışam. Dedi yatmağa gedir, çünki səhər tez durur. 29 noyabrda isə mənə səhər xəstəxanadan zəng edib onun öldürüldüyünü dedilər”, - Rüstəm bildirdi.

O qeyd etdi ki, hərbi hissəyə zəng edib, amma orda ona açıqlama verməkdən imtina ediblər.

“Əminəm ki, oğlumu iki sutka hərbi hissənin tibbi məntəqəsində saxlayıblar, ona lazımi yardım göstərilməyib”, - Rüstəm hesab edir.

Sadiqin digər dostu Aleksandr Yefimov (ad onun xahişi ilə dəyişdirilib) dekabrın 8-i mənə yazmışdı:

“Noyabrın 30-da mən Sadiqin atası ilə hərbi hissəyə getmişdim. Sadiqin əsgər yoldaşları bizə onun Y. ilə dalaşdığını dedilər. O, Sadiqi yatma əmri verildikdən sonra hamama çağırıb. Y. dəsmalında bıçaq gizlədibmiş. O, bıçağı öncədən mağazadan almışdı. Hamama girən Sadiqi Y. həmin an bıçaqla qarnından, ona köməyə gələn oğlanı isə boğazından vurub. Üçüncünü isə hamamdan qaçaraq çıxanda böyründən vurub”.

Aleksandrın sözlərinə görə, hərbi hissənin rəhbəri Sadiqin valideynlərini əmin etdi ki, Y. həbs edilib. Yaralıları xəstəxanaya yatırıblar. Əsgərlər, həm də Y . və Sadiq arasında toqquşmalar olurdu. Məsələ Sadiqin milli mənsubiyyətində idi. O, əslən Azərbaycandan idi. Veliki Novqoroda Mirzəyevlər Bakıdan 15 il bundan öncə köçüblər.

“Mənim balamı niyə öldürüblər? Sadiq bizim yeganə və sevimli oğlumuz idi, onu davakar böyütməmişəm”, - ağlayaraq Sadiqin anası Arzu dekabrın 8-i bizim telefon danışığımız zamanı soruşurdu.

Mirzəyevlər əmindirlər ki, oğullarının ölümünü ört-basdır etməyə çalışacaqlar. Amma onların sözlərinə görə buna izin verməyəcəklər.

Sadiqi doğma Bakıda dekabrın 4-də dəfn ediblər.

Olqa Katkova, Veliki Novqorod-Pskov”.
Rusiyada azərbaycanlı əsgəri niyə öldürdülər?

Rusiyada azərbaycanlı əsgəri niyə öldürdülər?

Rusiyada azərbaycanlı əsgəri niyə öldürdülər?

Rusiyada azərbaycanlı əsgəri niyə öldürdülər?

Rusiyada azərbaycanlı əsgəri niyə öldürdülər?

Rusiyada azərbaycanlı əsgəri niyə öldürdülər?

Rusiyada azərbaycanlı əsgəri niyə öldürdülər?

Rusiyada azərbaycanlı əsgəri niyə öldürdülər?

Rusiyada azərbaycanlı əsgəri niyə öldürdülər?

Rusiyada azərbaycanlı əsgəri niyə öldürdülər?

Mənbə: AZXEBER.COM
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *