Qax sakini faciəvi şəkildə dünyasını dəyişdi – VİDEO
Qax rayonunun Xələftala kənd sakini 40 yaşlı Alyoşa Papiaşvili bədbəx hadisə nəticəsində dünyasını dəyişib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, axşam saatlarında evinə gedən kənd sakini yaşadığı mənzildə elektrikin olmadıgını görüb . O yaxınlıqdakı yüksək gərginlikli elektrik transformatoruna yaxınlaşaraq evlərinə gedən xətti yoxlamaq istəyib. Bu müdaxilə isə onun həyatı bahasına başa gəlib.
Transfarmatora qanunsuz olaraq yaxınlaşan Alyoşa Papiaşvili xəttə toxunarkən ehtiyyatsızlıqdan onu yüksək gərginlik elektrik cərəyan vurub. Cərəyan vurması nəticəsində Alyoşa elə trasformatorun içərisində qalıb.
Hadisəni görən kənd sakinləri onu dərhal Qax Rayon Mərkəzi xəstəxanasına catdırıblar. Lakin həkimlərin müayinəsi zamanı 40 yaşlı Alyoşanın bir müddət əvvəl həyatını itirdiyi məlum olub. Həkimlər yüksək gərginlikli xəttə toxunan Alyoşanın elə yerindəcə öldüyünü müəyyən edib.
Kənddə işıqların sönmə hallarının tez tez baş verdiyini deyən sakinləri dəfələrlə müraciətlərinə baxmayaraq məsələnin öz həllini tapmadığını və gələcəkdə bu cür halların qaçılmaz olduğunu söylədilər.
Mənbə:> ANSPRESS