“Quş qripi” ilə bağlı növbəti monitorinq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

“Quş qripi” ilə bağlı növbəti monitorinq

“Quş qripi” ilə bağlı növbəti monitorinq

“Quş qripi”nin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ölkə miqyasında ardıcıl monitorinqləri davam etdirir.

Oxu.Az-a Xidmətdən verilən məlumata görə, mayın 2-dən köçəri quşların miqrasiyasını nəzərə alaraq növbəti monitorinqə start verilib.

“Monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır.

Nəzarəti tədbir köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin digər ərazilərində həyata keçirilməsi nəzərdə tutulur.

Bundan əlavə monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi nəzərdə tutulur”, - deyə Xidmətdən qeyd edilib.

Dövlət Xidməti həmçinin əlavə edib ki, ölkə ərazisində köçəri və ev quşlarına görə başlanan monitorinqin nəticələri mayın 13-də ictimaiyyət üçün açıqlanacaqdır.

“Hal-hazırda “quş qripi” və dıgər xəstəliklər görə respublikamızda epizootik vəziyyət sabitdir.

Bu sabitliyi qoruyub saxlamaq üçün Xidmət aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir”, - deyə Xidmətdən bildirilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *