Rusiya Azərbaycana təşəkkür etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Rusiya Azərbaycana təşəkkür etdi

Rusiya Azərbaycana təşəkkür etdi


Rusiyanın Azərbaycandakı səfirliyi Rusiyanın “Palflot-2” tankerinin xilasetmə işlərində iştirak etdiyinə görə Azərbaycana təşəkkür edib.

Oxu.Az xəbər verir ki, səfirlikdən Report-a verilən məluamat görə, onlar Xəzər dənizində yanan tankerin xilas edilməsində iştiraka görə Fövqəladə Hallar Nazirliyinə, Dövlət Dəniz Administrasiyasına və “Xəzər dəniz gəmiçiliyi" QSC-yə öz təşəkkürünü bildirib.

“Qəzanın öhdəsindən operativ şəkildə gəlməkdə yardımçı olan azərbaycanlı mütəxəssislərin vaxtında və fədakar köməyini yüksək qiymətləndirən səfirlik bu addımı dostluq və qarşılıqlı dəstək prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin daha bir təzahürü kimi qiymətləndirir”, - səfirliyin Azərbaycan XİN-ə göndərdiyi məktubda yazılıb.

Qeyd edək ki, Rusiyanın “Palflot-2” tankerində aprelin 23-də Xəzər dənizində Türkmənistan ərazi sularında yanğın baş verib. Yanğın nəticəsində bir nəfər ölüb, digər 10 ekipaj üzvü isə hadisə yerinə vaxtında yardıma gələn Azərbaycan xilasediciləri tərəfindən evakuasiya edilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *