Rusiyada idman müəllimi uşağı azərbaycanlı olduğu üçün döydü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal, Dünya

Rusiyada idman müəllimi uşağı azərbaycanlı olduğu üçün döydü

Rusiyada idman müəllimi uşağı azərbaycanlı olduğu üçün döydü


Krasnoyarskinin 144 saylı məktəbində idman müəllimi şagirdi döyüb.

Oxu.Az xəbər verir ki, yerli KİV-ə bu barədə döyülən uşağın valideynləri məlumat veriblər.

Hər şey aprelin 28-i ərəfəsində baş verib. Oğlanın atası iddia edir ki, idman müəllimi uşağın qarnına, başına zərbə vurub, bütün bunlara yalnız başqa şagirdi gördükdə son qoyub.

Nəticədə 14 yaşlı məktəbli beyin silkələnməsi və əziklərlə xəstəxanaya düşüb. Döyülən uşağın valideyinləri uşağın qələbəyə sevindiyi üçün döyüldüyünü iddia edirlər.

“Onlar qaçırdılar və qalib kimi bir-birini qucaqlayırdılar. Maksim Sergeyeviçə bu xoş gəlməyib: uşağın çiynindən tutaraq dəhlizə çıxarıb, başına vurmağa və boğmağa başlayıb, onun boğazında izlər qalıb. Ona meymun deyib, alçaldıb, mən bunları azərbaycanlı olduğu üçün edildiyini düşünürəm. O, şokdadır, başınını yelləyir və bərk ağrıdığını deyir. Qarnı da ağrıyır, qarnında da izlər var”, - uşağın atası Mixail Əhmədov deyib.

Hüquq-mühafizə orqanlarından yerli TVK xəbərlərə ərizənin olduğunu təsdiq ediblər. Hazırda fakt üzrə yoxlama aparılır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *