Bu uşağın ən yaxın dostu pitondur – FOTO
Kambocada yaşayan Uorn Sambath adlı kiçik uşağın və ən yaxşı yoldaşı nəhəng pitondur.
ANS PRESS-in məlumatına görə, Uorn doğulduğundan bəri 5 metr uzunluğundakı və 100 kilo ağırlığındakı ilanla birlikdə yaşayır.
Bir insanı rahatlıqla uda bilən ilan balaca uşaqla birlikdə yatır. Nəhəng ilan uşağın onunla oynamasından heç narahat olmur.
İllər sonra həmin uşaq yenidən kamera qarşısına çıxıb. Sambath artıq ilanla yaşamadığını deyib. Acanda 10 toyuq yeyən pitonu saxlamaq ailə üçün çətinləşib. Ailəsi gündəlik saxlanma xərcləri bahalı olan nəhəng pitonu zooparka vermək məcburiyyətində qalıb.
Mənbə:> ANSPRESS