Uşağın əli ətçəkənin içində qaldı
Beyləqanda azyaşlının əli ətçəkən maşında qalıb.
“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Beyləqan şəhərində mənzildə azyaşlı uşağın əli ətçəkən maşında sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər ətçəkənin detallarını kəsib və uşağın əlinin çıxarılmasına nail olublar. Uşaq xilasedicilər tərəfindən Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.
Mənbə:> Qafqazinfo.az