Qubalı ixtiraçı maşınını telefon ilə uzaqdan işə salır » AzNews.info -Xəbər portalı

Qubalı ixtiraçı maşınını telefon ilə uzaqdan işə salır – FOTO

Qubalı ixtiraçı maşınını telefon ilə uzaqdan işə salır

Məsafədən avtomobil işə salan cihaz, 3D formatlı ev kinoteatrı və kiçik həcmli robotlar. Bütün bunları Qubanın Əliməmmədoba kənd sakini, 39 yaşlı Valeh Zahirov başqalarının lazımsız bildiyi ehtiyat hissə və texniki avadanlıqlardan hazırlayır.

Texniki qurğulara uşaq yaşlarından həvəs göstərən V.Zahirov bir neçə ildir müxtəlif təyinatlı kiçik robotların, təhlükəsizlik və avtomatlaşdırma sistemlərinin yaradılması ilə məşğul olur. Onun ən böyük istəyi isə gələcəkdə ev işlərinə kömək edəcək robotun hazırlanmasıdır.

Valeh Zahirov hazırladığı qurğulardan artıq müxtəlif məqsədlər üçün istifadə edir. İxtiraçı şəxsi avtomobilini uzaq məsafədən telefon zəngi vasitəsilə işə salmaq üçün xüsusi avadanlıq da hazırlayıb. Dediyinə görə, bu avadanlıq bağların suvarılması üçün istifadə edilən motorların işlək vəziyyətə gətirilib-söndürülməsi üçün də istifadə oluna bilər.

Bundan başqa, V.Zahirov ev şəraitində filmləri 3D formatında izləmək üçün xüsusi proyektor da hazırlayıb. O, bunun üçün vəsait xərcləməyib. Cihazdakı bütün hissələr istifadəyə yararsız texniki avadanlıqlardan əldə olunub.

Başqalarının lazımsız bildiyi texniki avadanlıqlara, ehtiyat hissələrə yeni nəfəs verən Valeh Zahirov gələcəkdə əl işlərindən ibarət sərgi təşkil etməyi planlaşdırır.

Qubalı ixtiraçı maşınını telefon ilə uzaqdan işə salır
Qubalı ixtiraçı maşınını telefon ilə uzaqdan işə salır
Qubalı ixtiraçı maşınını telefon ilə uzaqdan işə salır

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *