“NAZ-Lifan” avtomobilinin yeni modellərinin istehsalına başlanılıb » AzNews.info -Xəbər portalı

“NAZ-Lifan” avtomobilinin yeni modellərinin istehsalına başlanılıb

“NAZ-Lifan” avtomobilinin yeni modellərinin istehsalına başlanılıb


Azərbaycanda “NAZ-Lifan” markalı avtomobillərin “NAZ-Lifan X-50”, “NAZ-Lifan-820” modellərinin ilk nümunələrinin istehsalına başlanılıb.

AzNews.info-nun Report-a istinadən xəbərinə görə, texnoloji proseslərə və texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunan Naxçıvan Avtomobil Zavodunda (NAZ) 6 modeldə “NAZ-Lifan” markalı minik avtomobilləri istehsal edilir.

Zavodda avtomobillərin bütün hissələri yığılır. Bu da istənilən modeldə minik və yük avtomobillərinin istehsalına imkan verir. NAZ-da istehsal olunan minik avtomobillərinin satışı işi də yüksək səviyyədə aparılır. Naxçıvan, Bakı və Xaçmaz şəhərlərində satış mərkəzləri, texniki xidmət şöbələri və avtomobillərin ehtiyat hissələrinin satışı mağazaları yaradılıb.

Yaxın vaxtlarda isə Gəncə şəhərində satış mərkəzinin, texniki xidmət şöbələrinin və avtomobillərin ehtiyat hissələrinin satışı mağazasının yaradılması nəzərdə tutulub. Mühərrik və sürət qutusuna 40 min kilometr və ya 2 il zəmanət verilən avtomobillərin satışı nağd və ya sərfəli kredit şərtləri ilə aparılır.

APA-nın məlumatına əsasən, Azərbaycanda 2010-cu ildən fəaliyyət göstərən Naxçıvan Avtomobil Zavodunda istehal edilən avtomobillər milliləşdiriləcək.

Bunun üçün avtomobil hissələrinin 51 faizinin ölkəmizdə istehsal olunması şərtdir.Bu məqsədlə avtomobilin müəyyən hissələrinin ölkəmizdə, o cümlədən Naxçıvanda istehsal edilməsi nəzərdə tutulur.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *