Ölümsaçan həşəratların şəhərə hücumu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Ölümsaçan həşəratların şəhərə hücumu : mütəxəssislər nə deyir

Ölümsaçan həşəratların şəhərə hücumu

Bakıda yazın nəfəsi hiss olunmaqdadır, qarşıdan isti günlər gəlir. Və şəhərin ənənəvi qayğılarından biri də yazın gəlişi ilə dərhal fəallaşan ağcaqanadlardır. Bakı sakinləri üçün əslində bu, qeyri-adi hal deyil. Lakin ağcaqanadların təhlükəli Zika virusunun daşıyıcıları olduğu açıqlanandan bəri bu həşəratlardan daha çox ehtiyat etmək lazım gəlir. Şəhərdə vaxtında daşınmayan zibilliklər və ayrı-ayrı yerlərdəki gölməçələr, durğun sular əsasən yay aylarında gözə dəyən ağcaqanadların sayını daha da artırır. Xüsusilə də son vaxtlar Zika virusunun yayılması, eləcə də ağcaqanadların adətən malyariya xəstəliyinin daşıyıcısı olması onlara qarşı mübarizəni daha labüd edir.

Bəs paytaxtda ağcaqanadların yayılmasının qarşısı necə alınmalıdır? Aidiyyatı qurumlar bu sahədə hansı tədbirlər görməlidir?

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Süleyman Məmmədov virtualaz.org saytına açıqlamasında bildirib ki, mövsümlə əlaqədar olaraq ağcaqanadlar malyariya xəstəliyi yaya bilər:“Amma 4 ildir ki, Azərbaycanda malyariyaya yerli yoluxma halları yoxdur. Ola bilər ki, xarici ölkəyə səfərdən sonra gələ bilər. Bu vasitə ilə ölkəyə gələ bilər. Ona görə də daima nəzarətdə saxlanılır. Ağcaqanad əleyhinə nəzərdə tutulan tədbirlər həmişə həyata keçirilməlidir”.
Mütəxəssisin fikrincə zibilliyin ağcaqanadın sayının artmasına güclü təsiri yoxdur: “Ağcaqanadlar əsas durğun sularda çoxları, onlar öz yumurtasını belə sulara qoyur. Şəhər yerində isə durğun sulara əsasən zirzəmilərdə rast gəlinir. Buna görə də şəhərdə durğun suların sayı azaldılmalı, zirzəmilərdə təmir-abadlıq işləri görülməlidir ki, ağcaqanadların da sayı daha az olsun.

Zika virusuna gəlincə isə S.Məmmədovun sözlərinə görə bu virusu yayan ağcaqanad əsasən tropik ölkələrdə yaşayıb çoxlalır:“Ona görə də bu virusun Azərbaycana məhz ağcaqanad yolu ilə gəlməsi ehtimalı çox azdır. Buna da qeyd etdiyim kimi hansısa xarici ölkədə yoluxmuş adam olarsa onun vasitəsilə gəlməyi mümkündür”.

Professor Adil Qeybulla isə hesab edir ki, ağcaqanad və milçəklərin kifayət qədər çox xəstəlik daşıyıcısı olduğunu nəzərə alıb onlara qarşı profilaktik tədbirlər görülməlidir:

“Ağcaqanadlar müxtəlif xəstəliklərin keçiriciləridir. Belə xəstəliklərə keçici xəstəlik deyilir. Bunlar arasında ən çox yayılmışı isə malyariyadır. Buna isə Azərbaycanda ən çox Aran rayonlarında rast gəlinir. Sese milçəyi var ki, bu əsasən tropik qızdırmanın yaranmasına səbəb olur və bu da çox təhlükəli xəstəlikdir. Bundan başqa müxtəlif virusların parazitləri milçəklərlə, ağcaqanadlarla yayıla bilər. Bu həşəratlarla mübarizə çox ciddi məsələdir.

Ölümsaçan həşəratların şəhərə hücumu

Ölümsaçan həşəratların şəhərə hücumu

Bədənə xüsusi ferment buraxan ağcaqanadlar insanda allergik reaksiya da yarada bilər”.

A.Qeybullanın sözlərinə görə, insanlar mümkün qədər ağcaqanad dişləməsindən qorunmalıdır:“Belə həşəratlar əsasən durğunluq sularında yayıldığından belə sahələrlə mübarizə aparılmalıdır. Sovet dövründə belə gölməçələr qurudulurdu və gölməçələrə yaxın ərazidə yaşayan adamlara profilaktik tədbir kimi müxtəlif xəstəliklər, xüsusilə də malyariya əleyhinə dərmanlar verilirdi. Yəni, həmin dərmanı atmış adamı malyariya yayan ağcaqanad dişləsə belə o, xəstəliyə yoluxmurdu. Hazırda isə dispanser tədbirlər demək olar ki, görülmür. Amma bu məsələlər ciddi şəkildə təşkil olunmalıdır. Çünki profilaktik tədbirlərə çəkilən xərc müalicə xərclərindən xeyli ucuzdur, bunu nəzərə almaq lazımdır”.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *