“Qanuni oğru” Dadaş Bakinski intihar etdi – VİDEO
Kriminal avtoritet, cinayət aləmində Dadaş Bakinski (Novxaninski) adı ilə tanınan və bu ilin martında “qanuni oğru” titulundan məhrum olan Dadaş İbrahimov, bazar ertəsi səhər saatlarında Ukrayna klinikasının reanimasiya şöbəsində ölüb.
Bu yaxınlarda baş verən qalmaqallı hadisənin davamı gözlənilməz olub.
Rusiyadan deportasiya edilən “qanuni oğru” Dadaş İbrahimov beynəlxalq “Borispol” aeroportunda qarın nahiyəsinə bir neçə dəfə bıçaqla zərbə vuraraq boğazını kəsməyə cəhd edib.
“Qanuni oğrunu” hüquq-mühafizə orqanı əməkdaşları ölümdən xilas ediblər.
Yaralı “qanuni oğru” Borispol rayon xəstəxanasına çatdırılıb. Bazar ertəsi səhər saatlarında o, özünə vurduğu 7 bıçaq zərbəsindən ölüb. Beləliklə də Dadaş Bakinski faktiki olaraq intihar edib.
Qeyd edək ki, Dadaş İbrahimov Rusiyadan Bakıya deportasiya edildikdən sonra Kiyevə gəlib. “Borispol”a endikdən sonra “qanuni oğru” düz uçuş zonasında siqaret çəkmək istəyib. Qayda pozuntusu Ukrayna polis patrulunun nəzərindən qaçmayıb. Onlar xəbərdarlıq üçün yaxınlaşdıqda, İbrahimov onlara aqressiv rekasiya verib və xarici dildə qışqırmağa başlayıb.
“İnspektorları onun yaralı üzü də narahat edib. Kişidən hər şeyin qaydasında olmasını soruşduqda o, xarici dildə nə isə qışqırıb, bıçaq çıxararaq patrulun üstünə hücum edib”, - polisdə Golos.ua-nın jurnalistlərinə hadisi belə təsvir ediblər.
Hadisə yerinə yardım çağırana qədər, “qanuni oğru” bıçaqla digər patrulun üstünə hücum edib, birdən-birə arxasını ona çevirib qarnına və boğazına zərbələr vurub. Bundan sonra Dadaş Bakinski yerə yıxılıb.
İbrahimovun qeyri-adekvat davranışını hadisə ilə tanış olan mənbə izah etməyə çalışıb. Onun məlumatına görə, həmin gün “qanuni” kakoinin təsiri altında olub, üzündəki yaralar isə polislərə qədər öz yaxınlarından biri ilə yaratdığı davanın izləridir. Dava zamanı o, öz tərəf müqabilinə bıçaqla ölümcül zərbələr vurub.
Mənbə:> Oxu.az