“Azərbaycanlıların soyqırım gününü unutmayaq” adlı anım mərasimi keçirilib – FOTO
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzdə “Azərbaycanlıların soyqırım gününü unutmayaq” adlı anım mərasimi keçirilib
AzNews.info xəbər verir ki, 31 mart 2016-ci il tarixində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzdə “Azərbaycanlıların soyqırım gününü unutmayaq” adlı anım mərasimi keçirilmişdir. Tədbiri Təbliğat və statistik araşdırmalar şöbəsinin müdiri Sənan Talıbov açaraq sözü mərkəzin direktoru Asif Usubəliyevə vermişdir. Soyqırım qurbanlarının xatilələri bir dəqiqəlik sükutla anıldı.
Mərasimdə qeyd edildi ki, bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.
XX əsrdə ikinci dəfə 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qoyulmuşdur.
1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutaraq tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi ilə qurtardı.
1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir.
Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə 1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.
Mənbə:> AzNews.info