Türkiyə səfirliyinin qarşısında azərbaycanlılar güllələndi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Türkiyə səfirliyinin qarşısında azərbaycanlılar güllələndi

Türkiyə səfirliyinin qarşısında azərbaycanlılar güllələndi


Somalinin paytaxtı Moqadişi şəhərində Türkiyə səfirliyinin yaxınlığında avtomobil atəşə tutulub. ANS PRESS-in məlumatına görə, hadisə nəticəsində xeyli sayda ölən və yaralananlar var.

İlkin məlumatlara görə, kiçik tutumlu avtobusun gülləboran olunması nəticəsində beş nəfər həlak olub. Daha dörd nəfər yaralanıb. Ölənlərin və yaralananların çoxunun türklər olduğu bildirilir.

Güman edilir ki, hücumun arxasında "Aş-Şabab" radikal qruplaşması durur. Abdulla Bozkurt adlı istifadəçi "Tvitter" hesabında hücum qurbanlarının Türkiyədən iki müəllim və dörd tələbə olduğunu bildirib. O, avtomobilin və onun yanında uzanan öldürülmüş insanın şəkilini dərc edib.

Türkiyə səfirliyinin qarşısında azərbaycanlılar güllələndi


Hadisəylə bağlı artıq Türkiyə Xarici İşlər Nazirliyi açıqlama verib.

"Bu gün axşam saatlarında Somalinin paytaxtı Moqadişidə vətəndaşlarımızın da içində olduğu bir maşına edilən hücum nəticəsində bir vatandaşımızla yanaşı Azərbaycan və Somali vətəndaşları həyatını itirib. Yaralı vətəndaşlarımızın vəziyyəti Moqadişu səfirliymiz yaxından izləyir. Bu xain hücumu qınayır və lənətləyirik".

Analoji hadisə bu il yanvar ayında Somalinin paytaxtında baş verib. Paytaxta yerləşən restoranda güclü partlayış qeydə alınıb. Partlayış nəticəsində 20-dən çox insan həyatını itirib.

Polis əməkdaşlarının sözlərinə görə, paytaxt Moqadişoda yerləşən restoranın önündə əvvəlcə minalanmış maşın partlayıb, daha sonra isə yaraqlılar atəş açmağa başlayıblar. Baş verən faciəninin məsuliyyətini artıq "Aşqabaq" terror təşkilatı öz üzərinə götürüb. Somalidə sonuncu dəfə güclü partlayış ötən ilin avqust ayında baş verib. Ölkənin hərbi düşərgəsində baş verən partlayış nəticəsində azı 10 nəfər ölüb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *