“QarajPro”nun aparıcısı Kamilla Babayeva ilə FOTOSESSİYA
21 fevralda “QarajPro” adlı tüninq atelyesinin rəsmi təqdimat mərasimi keçirilib. Yeni atelyenin təsisçiləri bloger Ramin Musayev, avtomobil üzrə mütəxəssis Davud Deqteryov və rəssam-dizayner Orxan Taqirovdur.
Oxu.Az xəbər verir ki, təqdimat zamanı atelyenin PR direktoru Ramin Musayev, yaxın zamanda “QarajPro” adlı televiziya layihəsinin də efirə çıxacağını bildirib, verilişin aparıcısı isə Davud olacaq.
Dizayn işləri Orxana, interyerin tərtibatı isə Vüqara tapşırılıb. Tamaşaçılar, həmçinin verilişdə iştirak edən avtomobillərin “parçalanması” ilə məşğul olacaq “Malış” ləqəbli ekzotik bodibilderlə də tanış olacaqlar.
Ekspert rolunda isə Ramin çıxış edəcəkdir ki, onun assitenti model Kamilla Babayevadır.
TV layihələrin çəkilişləri zaman Kamilla Babayeva fotokamera qarşısına keçərək fotosessiya etdirib. Fotosessiyada müasir idman avtomobili McLaren MP-4 və oldtimer AMC Matador yer alır.
“QarajPro” televiziya vellarındakı səhifəsində, həmçinin KATV1 kabel televiziyasında efirə gedəcək.
Mənbə:> Oxu.Az