ANS-in daha bir aparıcısı ATV-də işə başladı
Məşhur qaradərili teleaparıcı Xose Bernardo ATV telekanalında işə başlayıb.
Publika.az-a açıqlamasında o, ATV-də 2 yeni layihəyə başladığını deyib: “Tənbəlliyin daşını atmışam. Həvəslə işə başlamışam. ATV-də işə İlqar Mikayıloğlu dəvət etdi. Həftədə bir dəfə olmaq şərtilə İlqar Mikayıloğlunun “Xeyirə qarşı” verilişində “Qara piar” rubrikası ilə tamaşaçıların qarşısına çıxacağam. Adından da bəlli olduğu kimi qara piar ilə məşğul olacam. Yəni, heç bir tərif olmayacaq. Rubrika təqribən 5-6 dəqiqə olacaq. İkinci verilişim isə, “Ağ qara” adlanır. Verilişin 2 aparıcısından biri mənəm. Hər ikimiz Azərbaycanın bölgələrini gəzəcəyik. Birimiz qızıl bank kartı ilə lüks həyat sürəcək, digərimiz isə 18 manata yaşamalı olacaq. Kimin lüks həyat sürəcəyi verilişdə bəlli olacaq. Verilişin baş prodüseri Ramiz Hüseynzadə, rejissoru Vüsal Hacıyevdir. Peşəkar heyətimiz var”.
Qeyd edək ki, Xose Bernardo əvvəl ANS telekanalında çalışıb.
Mənbə:> Publika.az