“Qara qızıl”ın qiyməti durmadan qalxır
Neftin dünya bazarlarında qiyməti bahalaşmağa başlayıb.
ANS PRESS-in məlumatına görə, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində yenidən bahalaşma qeydə alınıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.45 dollar (0.87%) artaraq 52.36 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.44 dollar (0.76%) bahalaşaraq 58.37 dollar olub.
Bir sıra ekspertlər düşünür ki, ABŞ-ın İrana qarşı ehtiyatlı davranışı neftin bahalaşmasına səbəb olacaq. Çünki İrandan neft ixracı təxirə düşür.
Mənbə:> ANSPRESS