Əvvəl dostu, indi isə özü terrorun qurbanı oldu – DƏHŞƏTLİ FOTO
Dünən Ankarada baş verən terrorda həyatını itirən Ozacan Akkuşun fotosu sosial şəbəkələrdə ən çox paylaşımlar arasında olub.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə universitet tələbəsi olan Ozacanın bir müddət əvvəl (10 oktyabr 2015-ci ildə) Ankarada baş verən terrorda dostunu itirməsidir. O, həmin hadisədən dərhal sonra, dostunun itkisinə belə reaksiya vermişdi:
“Gözlərimizdən axan yaş belə əllərinizdəki qanı təmizləməyəcək. O təmiz insan hər zaman sizin yaxanızda, bizim də qəlbimizdə olacaq”.
Cəmi 5 aydan sonra özü də terrorun qurbanı oldu. Bu acı təsadüfdən sonra tvitterdə “ölüm zinciri” haştaqı yaradılıb.
Qeyd edək ki, dünən Bakı vaxtı ilə saat 20:35-də Ankaranın Kızılay bölgəsində terror hadisəsi baş verib. Nəticədə 34 nəfər ölüb, 125 nəfər isə yaralanıb.
Mənbə:> Qafqazinfo.az