Avropa Şurasından Türkiyə açıqlaması
Avropa Şurasının Baş katibi Turbyorn Yaqland Ankarada baş verən terror hadisəsinə münasibət bildirib.
Axar.az xəbər verir ki, baş katib terrorun təkcə Türkiyəyə yox, bütün Avropaya qarşı törədildiyini deyib:
“Bu terror hücumu Avropa dəyərlərimizə, hamımıza qarşı törədilib. Türkiyəyə başsağlığı verirəm”.
Xatırladaq ki, Ankarada baş verən terror aktı nəticəsində son məlumatlara görə 32 nəfər həlak olub.
Mənbə:> Axar.az