“Nağara məktəbi” dərsliyi oxucuların istifadəsinə verilmişdir
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azər Əliyev, Fazil Cəfərov, Çingiz Absəlimovun birgə hazırladıqları “Nağara məktəbi” dərsliyi çap olunmuşdur.
AzNews.info-ya nazirlikdən verilən məlumata görə, təqdim olunan kitaba Azərbaycanın görkəmli bəstəkarlarının əsərləri, eləcə də rus və Avropa klassiklərinin əsərlərindən hissələr, Azərbaycan xalq mahnı və rəqs materiallarından nümunələr daxil edilmişdir. Bu kitabı tərtib etməkdə məqsəd tədris proqramının inkişaf dairəsini bir qədər də genişləndirmək və müəllimlərin müasir pedaqoji təcrübəsindən daha səmərəli bəhrələnmələrinə kömək etməkdir. Dərslik uşaq musiqi və incəsənət məktəbləri üçün nəzərdə tutulmuşdur.
“Təhsil” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çapı başa çatdırılmış kitab Nazirliyin tabeçiliyində olan musiqi məktəblərinə və digər aidiyyəti qurumlara paylanılacaqdır.
Mənbə:> AzNews.info